Amnesty International nümayəndələri Azərbaycan Mətbuat Şurasında olublar
17 Mart 2011 Cümə Axşamı 13:46
Əflatun Amaşov “Amnesty International insan hüquqları təşkilatının Avropa və Mərkəzi Asiya bölməsi üzrə direktor müavini və əlaqələndirici ilə görüşüb.
Şuradan APA-ya verilən xəbərə görə, Ə. Amaşov qonaqları Azərbaycanda media sahəsində görülən işlər barədə məlumatlandırıb.

Ə. Amaşov deyib ki, rəhbərlik etdiyi qurum mətbuatın iqtisadi durumunun yaxşılaşdırılmasına dəstək məqsədilə reklam və elanların KİV-də yerləşdirilməsi təcrübəsinin öyrənilməsi, “Diffamasiya haqqında” qanunun qəbuluna nail olmaq istiqamətində iş aparır. C. Dalhizen isə təmsil olunduğu təşkilatın Azərbaycanda media və insan haqları ilə bağlı geniş hesabat hazırladığını bildirib. Bu məqsədlə qəzet redaktorları, dövlət və qeyri-hökumət orqanlarının rəhbərləri ilə görüşlər keçirilib. C. Dalhizen insan hüquqlarının qorunmasının demokratikləşmədə vacib amil olduğunu, medianın prosesdə iştirakına şərait yaradılmasının vacibliyini vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar