Amnesty International: “ABŞ İraqda beynəlxalq hüququ pozub”
23 Oktyabr 2010 Şənbə 13:15
Hüquq-müdafiə təşkilatı Amnesty International İraqda baş verənlərə münasibət bildirib.
“Amnesty İnternational” hüquq-müdafiə təşkilatı “WikiLeaks” saytının cümə günü açıqladığı məxfi materiallara münasibət bildirib və ABŞ-ın İraqda insan haqlarını dəhşətli şəkildə pozmasını pisləyib. Hüquq müdafiəçilərinin fikrincə, ABŞ hakimiyyəti saxlanılan şəxsləri onlara xüsusi amansızlıqla əzab verən İraq hərbçilərinə təslim etməklə beynəlxalq hüququ pozublar.
“Amnesty İnternational”ın Yaxın Şərq və Şimali Afrika üzrə proqramının direktoru Malkolm Smart “Reuters”ə müsahibəsində bildirib ki, bu sənədlərdə Amerika hakimiyyətinin bu illər ərzində İraqda insan haqlarının sistemli şəkildə pozulmasından xəbərdar olması barədə əlavə sübutlar təqdim edilib.
Britaniyanın “Guardian” qəzeti dərc edilən materiallarda belə bir faktın olduğunu sübut gətirib: “İraq polisi odlu silahla saxlanılan şəxsi ayağından yaralayır. Daha sonra dəmir parçası ilə şübhəli şəxsin kürək nahiyəsinə vurmağa başlayırlar. Sonda onun qabırğası qırılır və bir neçə kəsilmiş-deşilmiş yaralar alır. Nəticə: daha sonra heç bir araşdırma aparılmır”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: