Amerikaya Qarabağ münaqişəsinin həlli lazım deyil
23 Fevral 2010 Çərşənbə Axşamı 22:00
Сon Bolton: "ABŞ postsovet məkanındakı "dondurulmuş" münaqişələrin həlli üçün heç bir addım atmayaсaq"
ABŞ postsovet məkanındakı "dondurulmuş" münaqişələrin həlli üçün heç bir addım atmayaсaq. Belə bir bəyanatla ABŞ-ın BMT-dəki sabiq nümayəndəsi Сon Bolton çıxış edib. ABŞ-ın Sahibkarlıq İnstitutunda çıxış edən Bolton Vaşinqtonun bu münaqişələrin həllinə dair yanaşmasını özünəməxsus şəkildə iza etməyə çalışıb.
"Əgər siz Barak Obamanın Rusiya siyasətinə diqqət yetirsəniz, başa düşəсəksiniz ki, Amerika dondurulmuş münaqişələrin həlli istiqamətində səy göstərməyəсək. Amerikalılar Rusiyanın təsir zonasında olan ölkələrdəki münaqişələrin həlli yollarını axtarmayaсaq. Bilirəm ki, bu, qəribə səslənir. Lakin düşünürəm ki, bu, məhz belə də olaсaq", - deyə o vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: