Amerikalı həmsədr Robert Bradtke Xankəndinə gedəcək
16 Yanvar 2010 Şənbə 19:55
Robert Bradtke bugün Ermənistan prezidenti ilə görüşüb
Bu gün Ermənistan prezidenti Serj Sarkisyan ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə amerikalı həmsədri Robert Bradtkeni qəbul edib.

Görüş çərçivəsində tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsinə dair fikir mübadiləsi aparıb. Erməni kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, amerikalı həmsədr Dağlıq Qarabağa səfər etməyi də planlaşdırır. Məlumata görə, Robert Bradtke Xankəndində separatçı Dağlıq Qarabağ Respublikasının rəhbəri ilə görüşəcək.

Qeyd edək ki, həmsədrlər yanvarın 20-də regiona səfər çərçivəsində Ermənistana, yanvarın 21-də isə Azərbaycana gələcək. Səfərin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini davam etdirməkdir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar