Amerikalı həmsədr Azərbaycana gəlib
14 İyul 2011 Cümə Axşamı 11:44
Iqor Popov və Bernar Fasye də bu gün Bakıya gələcəklər.
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke Azərbaycana gəlib. APA-nın xəbərinə görə, digər həmsədrlər İqor Popov (Rusiya) və Bernar Fasye (Fransa) də bu gün Bakıya gələcəklər.
Həmsədrlərin Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüş keçirəcəkləri gözlənilir.
Həmsədrlər Bakıda İrəvana, oradan isə Xankəndinə gedəcəklər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: