Amerika Qarabağ münaqişəsini çözə biləcəkmi?
04 İyul 2010 Bazar 17:40
Amerika Qarabağ münaqişəsini çözə biləcəkmi? Hillari Klinton Bakıda ümidverici bəyanatlarla çıxış edib.
ABŞ dövlət katibi Hillari Klinton xarici işlər naziri Elmar Məmmədyarovla Heydər Əliyev beynəxlaq hava limanında jurnalistlər üçün brifinq keçirib. ABŞ dövlət katibi bəyan edib ki, onun Azərbaycanda rəsmi şəxslərlə görüşlərində Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzularından biri olub. “Birləşmiş Ştatlar bu münaqişənin dinc yolla, güc tətbiq olunmadan, ərazi bütövlüyü və Helsinki prinsipləri əsasında həllini istəyir. Həm Ermənistan, həm Azərbaycan tərəfinə yardım göstərəcəyik ki, münaqişə həlli tapılsın. Ona görə əlimizdən gələni edirik. Cəbhə xəttində əsgərlərin və mülki şəxslərin ölümünü böyük təəssüf hissi ilə qarşılayırıq”, - deyə o vurğulayıb.
Xanım Klinton deyib ki, 1994-cü ildən bəri elan olunan atəşkəs rejmi qüvvədə qalmalıdır: “Mülki şəxslərin və əsgərlərin həyatları qorunmalıldır. Öz tərəfimizdən də cəhd göstərəcəyik ki, ümimi həll yolu tapılsın”.
Bakıdan İrəvana yollanan ABŞ dövlət katibi onu da bildirib ki, cəbhə xəttində erməni hücumunu dəf edərkən şəhid olmuş Milli Ordunun əsgəri Mübariz İbrahimovun meytinin qaytarılması ilə bağlı İrəvanda müzakirə aparılacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: