Amanda: ovçu vurma məni!!! Amma O vurdu!
20 İyun 2011 Bazar Ertəsi 06:54
Əlbəttə biz kiminsə barmaq özbaşınalığını demokratiyaının tərikb hissəsi saymaya və buna əsəbiləşə bilərik.
Bu həftə Bakıda Ombudsmanların Beynəlxalq konfransı təsadüfən keçirildi
Bu həftə Birləşmiş Ştatlar Dövlət Katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Meliya Bakıya təsadüfən gəldi.
Bu həftə Amerika Birləşmiş Ştatlarının vətəndaşı Amanda Erikson və Böyük Britaniya vətəndaşı Silya Devis Bakının demək olar ki, tən ortasında təsadüfən döyüldü.
Və təsadüfən bu adamlardan biri, məsələn Amanda “New York Times”-da jurnalist kimi çalışmış birisi, Siya Devis isə hüquq müdfaiəçisi çıxdı.
Bir başqa təsadüf isə Azərbaycanın Mədəniyyət və Turizm naziri əbülfəs Qarayevin elə həmin gün verdiyi açıqlamanı adlandırmaq olar: Azərbaycan “Eurovision” mahnı yarışması zamanı 60 min turist gözləyir…
Və bir başqa təsadüfi sual. Azərbayücanda məgər hər gün əcnəbi döyürlər? Bəlkə yer kürəsi tərsinə fırdlandı, bəlkə bu həftə ay tutldu… özü də hadisə məhz gecə baş verib…

Qəribə təsadüflərdir, yox? Amma təsadüfə bənzəməyən hadisələr də var.
Məsələn hadisənin məhz Ombusmanların Beynəlxalq Bakı konfransı ərəfəsində baş verməsi.
Məsələn əcnəbilərin məhz Birləşmiş Ştatların Dövlət Katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Meliyanın Bakıya səfəri ilə bir vaxtda döyülməsi.
Və Bakıya “Eurovision” üçün 60 min turist gələcəyi barədə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin elə həmin gün verdiyi açıqlama!

Amma hörmətli tamaşaçım (oxucum), bizi təsadüfə bənzəməyən bir başqa hadisə də gözləyir. 2012-ci il Bakı “Eurovision”-u. Gəlin diqqətli olaq ki, toyumuza şuluq tsalmaq istəyənlərin əlinə fürsət düşməsin. Özü də axı biz ki, böylə deyildik, neujeli bizi bir öyrədən oldu?! Axı Azərbycan qonaqpərvər ölkədir, axı bu o yerdir ki, burada qonağa özünü öz evindəki kimi elə hiss etdirdik ki, axırda o da elə bildi ki, öz evidir. Axı bu biz deyilik. Biz həmişə qonağa Allah qonağı demişik. Qonaq otağını evimizi tikəndə ayırmışıq. İndi nə baş verib? Özü də billə-bilə ki, Azərbaycanın keçirməyə hazırlaşdı “Eurovision” təkcə dost sevindirmə vasitəsi deyil. Azərbaycan bu bayrama qədər tamamilə dəyişməlidir. Məsələn, qeyri-rəsmi məlumatlara görə, Amanda və Silya xanımlar evə qayıdırmışlar və bu zaman bir neçə gənc onlara söz atır… Və Amanda da, guya hansısa barmağını qaldırır… Bu isə gənclərin xoşuna gəlmir. Onlar barmaq qarşısına yumruq çıxarırlar.
Ola bilər….

Əlbəttə biz kiminsə barmaq özbaşınalığını demokratiyaının tərikb hissəsi saymaya və buna əsəbiləşə bilərik. Tutaq ki, doğru deyirlər və tutaq ki, Amanda da düz etməyib… Özgəsinin monastırına öz qanununla girə bilməzsən. Amma indi bir anlığa sakitləşək. Barmağımızı qabağımıza qoyub fikirləşək: hörmətli tamaşaçılar (oxucular), “Eurovision”a bilirsinizmi nə qədər ölkədən və kimlər gələcək?! Onlar arasında barmağı qalxanı da olacaq, qalxmayanı da, onların arasında bütün rənglərin göy qurşağı, daha doğrusu gey qurşağı da olacaq, bir-biri ilə ümumi dil tapmış lezbiyankalar da, arxalı kişiciklər də… Onda nə olacaq?

Bu yaxınlarda Türkiyədə istirahət edən bir neçə rus xanımı zəhərlənmişdi. Az qala diplomatik qalmaqal qopacaqdı, az qala Rusiya Türkiyəyə müharibə elan eləsin, amma sonda məlum oldu ki, ay dadi-bidad, bunu PKK-ya yaxın kürdlər ediblər… Deməli Bakıda da kiminsə marağı ola bilər… Və Allah bilir Amandanın barmağı ətrafında daha kimin barmağı var?! Azərbaycanı gözdən salmaq, qeyri sabit ölkə kimi təqdim etmək üçün hər şey əla xammal ola bilər. Sən tum çırtlayırsan və təsadüfən tumun qabığı gedib hansısa səfirin gözünün bəbəyinə girə bilər… Hər halda ehtiyatlı olmaq lazımdır! Beş barmağın beşi də bir olmaz… indii təsəvvür edin ki, 60 min turist gəlir və onların da hər birini 20-yə vurun. Görün nə qədər fərqli barmaq versiyası var… Tutaq ki, əla arena tikdik, asfaltlarımızı ütülədik, kraxmalladıq, taksilərimiz oldu lap Dondona layiq, fontanlarımız oldu əsl Dübayi… Formaca olduq mükəmməl, bəs məzmun… Son dərəcə həssas polisimizin nəzərinə: ola bilsin ki, yəqin olacaq da, gələn qonaqlarımız arasında özünü qəribə aparanlar da olacaq, kimsə qeyri adi şəkildə küçələrə çıxacaq, bunu icazəsiz aksiya hesab etmək olmaz və onlardan heç də Bakı Şəhər İcra hakimiyyətinə icazə məktubu ilə müraciət filan gözləməyk lazım deyil… Bulvarda tamaşaçıları gecə filmlərindən qoruyan əxlaq asayişimizi qoruyan qardaşlarımız, siz də ehtiyatlı olun, təsadüfən oturacaqda kimsə kiminləsə öpüşərsə onları saxlamaq, harasa aparmaq lazım deyil. Əsəbiləşməyin əgər öpüşənlər eyni cinslilər olsa belə. Burada fizika qanunları işləmir: yəni eyni qütblülər bir birini itələmir…

Axı biz Şarikov deyilik. Dəqiq bilirəm ki, deyilik. Və bir halda ki, deyilik, onda gəlin buna yalnız özümüz deyib özümüz inanmayaq… Başqaları bizə sümük göstərəndə şüurumuz oyanmasın… Tez-tez deyək: biz insanıq, biz insanıq, biz azərbaycanlıyıq, biz azərbaycanlıyıq, Amandanı vurmaq olmaz… Amanadı vurmaq olmaz. Hətta barmaq qaldırsa belə… hətta barmaq qaldırsa belə… beləliklə autotreninqə başlayaq… Qonaq isə Allah qonağıdır… Şeytana lənət!

Mir Şahin
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar