Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başa çatıb
17 İyul 2010 Şənbə 12:10
Görüşün nəticələrinə dair mətbuat açıqlaması yayımlanacaq.
Almatı. Viktoriya Dementyeva-APA. Almatıda ATƏT xarici işlər nazirlərinin qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başa çatıb. APA-nın Almatıya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, görüş bir saat yarım davam edib. Görüşün nəticələri ilə bağlı mətbuat açıqlaması yayımlanması gözlənilir. “3+2” formatında keçirilən görüşdə Elmar Məmmədyarovla Edvard Nalbandyandan başqa Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın xarici işlər naziri Bernar Kuşner və ABŞ dövlət katibinin müavini Ceyms Staynberq də iştirak edirlər.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda jurnalistlərə verdiyi açıqlamada Almatı görüşündə əsasən Laçın və Kəlbəcərin işğaldan azad olunması müddətinin müzakirə olunacağını bildirmişdi. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar