Almatı-Bakı təyyarəsi saat 22.00-da Bakıya eniş edəcək
22 İyun 2012 Cümə 21:35
Bunu ANS-ə açıqlamasında təyyarənin məxsus olduğu “Air Astana” şirkətinin Bakı nümayəndəliyinin rəhbəri deyib
Qəza səbəbi ilə Qazaxıstanın Çimkənd aeroportuna məcburi eniş edən Almatı-Bakı reysi ilə uçan təyyarə təxminən saat 22.00-da Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportuna enəcək. Bunu ANS-ə təyyarənin məxsus olduğu “Air Astana” şirkətinin Bakı nümayəndəliyinin rəhbəri deyib.
Xatırladaq ki, Almatıdan Bakıya uçan “Air-Astana” şirkətinə məxsus sərnişin təyyarəsi tüstülənərək Qazaxıstanın Çimkənd aeroportuna məcburi eniş etmişdi. Şirkətin Bakı nümayəndəliyindən ANS-ə verilən məlumata görə, tüstülənməyə səbəb təyyarənin yük yerində olan sərnişinlərin birinə məxsus çantada tibbi preparatların alovlanması olub.
Qeyd edək ki, təyyarənin sərnişinlərinin yarıdan çoxu azərbaycanlılar olub.
DOSTLARINLA PAYLAŞ: