Almaniyalı diplomat: “Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquq Azərbaycanın tərəfindədir”
27 İyul 2010 Çərşənbə Axşamı 13:30
“Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquq Azərbaycanın tərəfindədir”.
APA-nın xəbərinə görə, bunu Almaniyanın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Florian Peters deyib. Azərbaycan Gənclərinin Avroatlantik Təşkilatının “Sülh, yoxsa qələbə: münaqişəyə baxış” adlı layihəsinin təqdimatında çıxış edən diplomat bildirib ki, münaqişənin uzunmüddətli həlli kompromislərə əsaslanacaq.
ATƏT-in Bakı ofisinin baş polis müşaviri Marko Kubni tərəflər arasında etimadın qurulmasına yönəlmiş bu cür layihənin həyata keçirilməsinin alqışlayıb: “Münaqişənin həlli üçün hər iki tərəf siyasi iradə göstərməlidir”.
Qeyd edək ki, layihə Almaniya Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilir. Məqsəd Azərbaycan vətəndaşları arasında diskussiyalar təşkil etmək, onların mövqeyini, münaqişənin həlli prosesində mümkün kompromislərə getmək bacarığını öyrənməkdir. APA
DOSTLARINLA PAYLAŞ: