Almaniyada daha bir erməni təxribatının qarşısı alınıb
29 Oktyabr 2010 Cümə 12:35
Azərbaycanın bu ölkədəki səfirliyi ermənilərin yalanını ifşa edib.
Cari ilin oktyabr ayında Almaniyanın tanınmış internet səhifələrindən olan “georeisecommunity.de” saytında erməni işğalı altında olan Dağlıq Qarabağa dair təxribat xarakterli informasiya yerləşdirilib. Xarici İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycanın Almaniyadakı səfirliyi məsələ ilə əlaqədar sözügedən saytın daxil olduğu “Geo.de GmbH” şirkətinin rəhbərliyi ilə əlaqə saxlayıb, ermənilərin bu saytdan təbliğat məqsədi ilə istifadə etdiyi onların diqqətinə çatdırılıb və rəhbərliyə səfirliyin müvafiq izahedici məktubu göndərilib.
Şirkətin rəhbərliyi səfirliyimizin etirazına qısa müddət ərzində müsbət cavab verib, məktub sözügedən şirkətə daxil olduqdan dərhal sonra saytda yerləşdirilmiş, Dağlıq Qarabağla bağlı təxribat xarakterli məlumatlar çıxarılıb və şirkət rəhbərliyi tərəfindən səfirliyimizə baş verənlərdən təəssüfləndiklərini və səfirliyimizin haqlı mövqeyini eşitdikdən sonra edilmiş səhvin düzəldildiyini ifadə edən məktub göndərib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: