Allahşükür Paşazadə: “Qafqazın layiqli gələcəyi üçün ruhanilər əllərindən gələni əsirgəməməlidirlər
21 Dekabr 2011 Çərşənbə 14:24
“Qafqaz bizim ümumi evimizdir. Bu evin layiqli gələcəyi üçün ruhanilər əllərindən gələni əsirgəməməlidirlər. Təəssüf ki, Qafqazda sabitlik hələ bərqərar olmayıb və Qafqazın ruhaniləri bu hadisələrin nəinki şahidi, hətta terror aktlarının qurbanı da olurlar”.
APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Qafqaz Xalqlarının Ali Dini Şurasının toplantısında çıxışı zamanı deyib. A. Paşazadə qeyd edib ki, ənənəvi mənəvi dəyərlərin qorunması indi əvvəlki dövrlərdən daha çox tələb olunur: “Öz fəaliyyəti dövründə şura əsas prinsiplərə sadiq qalaraq, xalqlar arasında qarşılıqlı hörmət etimadı saxlayıb və bunun davam etdirilməsinə nail olub”.
Şeyxülislam bildirib ki, şuranın mütəmadi toplaşması Qafqazda dialoqun, qarşılıqlı anlayışın və əməkdaşlığın mövcudluğunun göstəricisidir: “Bu məsələdə region dövlətlərinin balanslaşdırılmış və xalqların maraqlarına cavab verən siyasi addımları da mühüm məsələlərindən biridir”.
DOSTLARINLA PAYLAŞ: