Allahşükür Paşazadə İrəvandakı Cümə məscidində namaz qılıb
29 Noyabr 2011 Çərşənbə Axşamı 15:39
Azərbaycan məscidi hazırda İrəvandakı müsəlmanların ibadətgahı kimi fəaliyyət göstərir.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İrəvanda səfərdə olarkən bu şəhərin mərkəzində yerləşən tarixi Cümə məscidini ziyarət edib.

APA-nın xəbərinə görə, bu barədə keçirdiyi mətbuat konfransında QMİ sədrinin müavini Hacı Sabir Həsənli məlumat verib.

O bildirib ki, XVIII əsrin yadigarı olan bu Azərbaycan məscidi hazırda İrəvanda yaşayan və işləyən müsəlmanların ibadətgahı kimi fəaliyyət göstərir: “Hazırda bu məsciddə əsasən İran azərbaycanlıları namaz qılırlar. Onlar İrəvanda işgüzar səfərdə olan və yaşayan şəxslərdir”.

A. Paşazadə başda olmaqla Azərbaycan nümayəndə heyəti məsciddə namaz qılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar