Allahşükür Paşazadə Bütün Rusiya patriarxı Kirillə başsağlığı verib
25 Yanvar 2011 Çərşənbə Axşamı 22:35
Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə terrorçuların insan həyatına qəsdini Allah qarşısında ən böyük günah kimi dəyərləndirir.
Bütün Qafqazın şeyxi, Hacı Allahşükür Paşazadə Domodedovo hava limanında baş vermiş dəhşətli terror aktı ilə bağlı Rusiya prezidenti Dmitri Medvedev, bu ölkənin baş naziri Vladimir Putin, Moskva və Bütün Rusiya patriarxı Kirillə başsağlığı məktubu göndərib.
Milli və dini mənsubiyyəti olmayan terrorçuların müqəddəs dəyər olan insan həyatına qəsdini Allah qarşısında ən böyük günah kimi dəyərləndirən Allahşükür Paşazadə din xadimi olaraq dövlətlərin, o cümlədən Rusiyanın terrorçuluq adlı bəşəri bəlaya qarşı mübarizəsində birgə səylərin səmərə verəcəyinə ümidvar olduğunu vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: