Ali Baş Komandan İlham Əliyev sərt danışdı
07 Avqust 2014 Cümə Axşamı 00:44
Ali Baş Komandan İlham Əliyev ön cəbhəyə baş çəkib.
Müdafiə naziri Zakir Həsənov ön cəbhəyə baş çəkən Ali Baş Komandan İlham Əliyevə təmas xəttində ümumi vəziyyətlə bağlı məlumat verib.

ANS TV-nin Dövlət televiziyasına istinadən verdiyi məlumata görə, Ali Baş Komandan İlham Əliyev Ağdamda qarşı tərəfin mövqelərini izləyib.

Dövlət başçısı Ermənistan ordusunun bir neçə gün əvvəl mövqelərimizə hücum etdiyini və hərbçilərimizin onların layiqli cavabını verdiyini bilidirib. Döyüşdə qəhrəmancasına şəhid olanaların ailələrinə başsağlığı verən Ali Baş Komandan ən müasir silah və texnika ilə təchiz olunan ordumuzun bundan sonra da düşmənin həmlələrini dəf edəcəyini deyib.

Ali Baş Komandan İlham Əliyevin sözlərinə görə, müdafiə naziri müntəzəm olaraq operativ məlumatlar verir: “ Vəziyyət nəzarət altındadır. Bizim mövqelərimiz möhkəm və gücllüdür və təmas xəttində Azərbaycan ordusu tam üstünlük əldə edib”.

Prezident vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür və Azərbaycan öz torpaqlarında 2-ci erməni dövlətinin yaranmasına imkan verməyəcək. “Son günlər baş verənlər bir daha göstərdi ki, Azərbaycan ordusu istənilən tapşırığı yerinə yetirməyə qadirdir. İşğal vəziyyəti uzun müddət davam edə bilməz. Azərbaycan öz torpaqlarını azad etmək iqtidarındadır”.

Daha sonra Ali Baş Komandan operativ müşavirə keçirib və müvafiq tapşırıqlar verib.

Dövlət başçısı döyüş tapşırığını yerinə yetirərkən xüsusilə fərqlənən bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar