Alfred Nobel prospekti bağlandı
20 İyun 2014 Cümə 17:57
Bakı Alfred Nobel prospekti bağlanıb. Sürücülərə alternativ prospektən istifadə etmək tövsiyə olunur.
Bakının Alfred Nobel prospekti bağlanıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzindən bildirilib.

Məlumata görə, bu, prospektin "Ağ şəhər"in qarşısı tərəfində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlıdır. Hadisə nəticəsində hər iki istiqamətdə nəqliyyat vasitələrinin sıxlığı yaranıb.

Sürücülərə alternativ olaraq Babək prospektindən istifadə etmələri tövsiyə olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar