Aleksandr Düma Şəkidə qaldığı evdən oğurluq edibmiş
27 Aprel 2013 Şənbə 05:00
Dümanın qonaq qaldığı evdən “qaytaracağam” – deyə götürdüyü əlyazmanın taleyi bilinmir.
Yazııçı və məhşur səyyah Aleksandr Düma Şəkiyə gələrkən dövrünün tanınmış ziyalısı Nurməmməd əfəndinin evində qalıb və indi məlum olur ki, o bu evə heç də təsadüfü gəlməyib. Düma Şəkidə olarkən, Nurməmməd əfəndinin zəngin kitabxanasından ən qiymətli əlyazmanı əldə etmək məqsədi güdüb. Hörmətli ziyalının evinə qonaq kimi gələn Düma, ev sahiubindən istədiyini alacağına əmin olsa da, yox cavabı ilə üzləşib. Bu səbəbdən də fransalı qonaq adı və müəllifi indiyədək məlum olmayan qiymətli əlyazmanı ələ keçirmək üçün müxtəlif vasitələrdən istifadə etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Nurməmməd Əfəndi məhşur ruhani alim Abdulqəni Nuxəvinin oğlu və davamçısı kimi atasının Yaxın Şərq ölkələrindən gətirdiyi çoxlu sayda qiymətli kitab və əlyazmaların hesabına zəngin kitabxana yaratmışdı. Aleksand Dümanı da məhz bu kitabxananın sorağı Nuxaya gətirmişdi. Amma, Nurməmməd Əfəndidən yox cavabı alan Düma, Şəki səyahətində onu müşayət edən, milliyyətcə erməni rayonun o vaxtki valisi knyaz Tarkanovun köməyindən yararlanır.

“Bir neçə dəfə cəhd edib bu əlyazmanı aparsın alsın, amma buna nail olmamışdı. Sonradan o zaman şəhəri idarə edən erməni mənşəli Tarkanovun təsiri ilə məhz həmin əlyazma bu evdən götürülmüşdü və bu kitab Dümaya sonradan qaytarılmaq şərtilə verilmişdi. Kitabın sonradan Fransadan geri göndəriləcəyi vəd olunsa da qaytarılmayıb. Fakt isə odur ki, Düma qiymətli kitabı sahibinin təkidinə baxmayaraq ölkəsinə aparıb” – deyə tarixçi alim Zərinə Cavadova bildirir.

Təhqiqatçılar belə hesab edir ki, Dümanın apardığı kitab dünya əhəmiyyətli elmi məlumatlarla zəngin bir toplu olub və hazırda Fransanın məhşur muzeylərindən birində saxlanılır.

“Ola bilsin ki, bu əlyazma bizim tariximizin ən qiymətli bir hadisəsini, bizimçün dəyərli olan bir hissəsini özündə yaşadır. Amma çox təəssüf ki, həmin o zəngin şərq əlyazmaları saxlandığı kitabxanadan apardığı və nəyə görə bu A.Dümanın diqqətini cəlb edib məhz həmin əlyazmanı istəyib o bizimçün qaranlıqdır. Çox təəssüf ki, həmin əlyazma geri qayıtmayıb” – deyə Zərinə Cavadova qeyd edib.

Bəlkə, Azərbaycanın, elə ən qədim tarixi salnaməsi məhz bu kitabxanadan oğurlanıb?! Hər halda araşdırma aparmağa dəyər.




DOSTLARINLA PAYLAŞ:

oyunlar