Aleksandr Ata: "Mən heç vaxt Qarabağda olmamışam"
19 İyun 2010 Şənbə 16:05
Bakı və Xəzəryanı bölgələrin yepiskopu Xankəndində rus kilsəsinin təməlqoyma mərasimində iştirakını təkzib edib.
Bakı və Xəzəryanı bölgələrin yepiskopu Aleksandr Ata Azərbaycanın işğal olunmuş ərazisində Xankəndində rus kilsəsinin təməlqoyma tədbirində iştirakı bağlı yayılan məlumatları təkzib edib. Bunu ANS-ə açqılamasında din xadimi özü bildirib. O, hazırda Mahaçqalada olduğunu və heç vaxt Dağlıq Qarabağda olmadığını deyib.

“İyunun 16-dan bu günə qədər mən Dağıstandayam. Ayın 16-sı mən Azərbaycan Dövlət Şurasının ali üzvü Məhəmmədəli Məhəmədəliyevin 80 illik yubleyində iştirak etmişəm. Ayın 17-si Dağıstan respublikasının prezidenti ilə görüşmüşəm. İyunun 18-də isə Kizlədə keçrilən kilsə foto sərgisində iştirak etmişəm. Və hazırda da mən Mahaçqala şəhərindəyəm”.

Qeyd edək ki, ötən gün Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan Azərbaycanın işğal olunmuş ərazisində -Xankəndində rus kilsəsinin təməlqoyma tədbirində iştirak edib. Məlumata görə, tədbirdə separatçı rejimin bir sıra dini və rəsmi qurumlarının nümayəndələri, o cümlədən Rusiyadan dəvət edilən qonaqlar iştirak ediblər. www.interfax-religion.ru sayt isə xəbər verib ki, Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr ata da bu tədbirdə iştirak edib və hətta kilsənin təməl yerinə müqəddəs daş da qoyub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar