Albaniya Azərbaycan vətəndaşları üçün vizanı ləvğ edib
27 İyun 2011 Bazar Ertəsi 15:21
Albaniya Azərbaycan vətəndaşları üçün vizanı ləvğ edib. Bir il müddətində bu qanun qüvvədə qalacaq.
Albaniya Azərbaycan, Qazaxıstan, Ukrayna və Ermənistandan 90 gün müddətinə səfər edən vətəndaşlar üçün visa tələb etməyəcək. Albaniya yerli kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, bu yeni qayda bir il müddətində qüvvədə qalacaq.
Qeyd edək ki, vizanın ləvğ edilməsi barədə Albaniya hökumətinin qərarı ölkənin miqrasiya qanunlarında gələcək liberallaşma islahatlarının həyata keçirilməsindən söhbət gedir.
Qeyd edək ki, bu vaxta qədər şərqi balkan ölkəsi 1 iyundan 31 oktaybr tarixi istisna olmaqla, bir il müddətində viza tələb edirdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: