Ajubalis: "Hər insan ölümü böyük faciədir"
13 Mart 2011 Bazar 19:41
ATƏT sədri snayperlərin ön xətdən dərhal geri çəkilməsini istəyib
ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində 9 yaşlı Fariz Bədəlovun qətlə yetirilməsini qətiyyətlə pisləyib.
Bu gün Azərbaycana səfərə gələn ATƏT sədri Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında hər insan ölümünün böyük faciə olduğunu bildirib: “Xüsusən, həmin insan uşaqdırsa, bu, daha böyük faciədir”.
ATƏT sədri son faktın onların dəfələrlə verdikləri bəyanatlarında nə qədər haqlı olduqlarını bir daha sübut etdiyini vurğulayıb: “Biz dəfələrlə bəyan etmişik ki, tərəflər snayperləri ön xətdən geri çəkməlidirlər. Azyaşlı uşağın snayperlər tərəfindən öldürülməsi bunun nə qədər zəruri olduğunu bir daha göstərdi. Tərəflər snayperləri ön xətdən dərhal geri çəkməlidirlər”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: