Ailəsi Elçibəyin qəbrinin açılmasına icazə verməyəcək.
10 Yanvar 2013 Cümə Axşamı 16:29
Ailə üzvləri Elçibəyin zəhərlənməsi ilə bağlı qaldırılmış cinayət işini dayandırmağı tələb edirlər
Eks prezident Əbülfəz Elçibəyin ailəsi mərhumun zəhərlənməsi ilə bağlı məsələ qaldıran şəxsləri, eləcə də müasir müsavat partiyasının sədri Hafiz Hacıyevi məhkəməyə verməyə hazırlaşır. Bu barədə ANS-ə Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev məlumat verib.
Onun sözlərinə görə, ailəsi Elçibəyin qəbrinin açılmasına icazə verməyəcək və Elçibəyin zəhərlənməsi ilə bağlı qaldırılmış cinayət işi dayandırılmalıdır.
Xatırladaq ki, bir neçə gün əvvəl Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva eks prezidentin zəhərlənməsi iddiası üzrə başlanmış cinayət işi ilə əlaqədar Bakı şəhər Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar ifadə verib.