Aİ-nin nümayəndə heyəti viza rejiminin sadələşdirilməsi ilə bağlı Bakıya gələcək
13 Yanvar 2012 Cümə 13:32
Fevralın əvvəlində viza rejiminin sadələşdirilməsi üzrə danışıqlara başlanacaq.
Aİ və Azərbaycan fevralın əvvəlində viza rejiminin sadələşdirilməsi üzrə danışıqlara başlayacaq. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəsi Rolan Kobia jurnalistlərə bildirib.

"Aİ-nin nümayəndə heyəti həmin məsələlərin müzakirə edilməsi üçün Azərbaycana gələcək", - Kobia deyib.

Kobia bildirib ki, viza rejiminin sadələşdirilməsi vizaların verilməsi müddətinin azaldılmasını, vizaların dəyərinin mümkün azaldılmasını, eləcə də vizaların aktivlik müddətinin artırılmasını nəzərdə tutur.

Ötən ilin dekabrında Aİ Nazirlər Şurası Azərbaycan və Ermənistanla viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında danışıqlara başlamağa icazə verən qərar qəbul edib. Qərar Şuranın Brüsseldə keçirilən iclasında qəbul edilib.

Komissiya iki ölkə ilə danışıqların başa çatdığını qərara alan kimi AŞ parlament əksəriyyətinin öz razılığını verməli olacağı sazişin imzalanması və bağlanması haqqında qərar qəbul etməlidir. Daha sonra Avropa Parlamenti həmin sənədləri təsdiqləməlidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar