Aİ-dan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nümunəvi davranış
26 İyul 2012 Cümə Axşamı 02:07
Qurum rəsmi Bakı ilə Azərbaycanın işğal olunmuş rayonlarına səfər məsələsini müzakirə edir
“Biz Dağlıq Qarabağ məsələsini, xüsusən bütün Avropa məmurlarının deyil, Avropa İttifaqının xüsusi nümayəndəsi Filip Leforun Qarabağa gəlməsinə icazə verilməsi məsələsini bütün görüşlərdə (iki ölkənin prezidentləri ilə - red. qeydi) müzakirə edirik. Biz çox gərgin və son dərəcə qeyri-sabit şəraitdə yaşayan insanlar arasında etimad yaradılmasına kömək göstərmək istəyirik. Mən bir daha demək istəyirəm ki, bütün görüşlərdə bu məsələlər əsas məsələlərdir”.
Bunu Avropa İttifaqının xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton “Azadlıq” radiostansiyası üçün müsahibəsində deyib.
Qeyd edək ki, Avropa İttifaqının ali nümayəndəsinin Aİ nümayəndələrinin Azərbaycanın Dağlıq Qarabağ regionuna gəlməsinə icazə verilməsi məsələsini Azərbaycan tərəfi ilə müzakirə etməsi faktı müsbət amildir. Bununla Aİ-nin nüfuzlu siyasətçisi Dağlıq Qarabağa gəlməyə rəsmi icazə üçün Bakıya müraciət etmək lazım olduğunu və bu diyarın Azərbaycanın tərkib hissəsi olduğunu xüsusilə qeyd etməklə başqa əcnəbilərə düzgün nümunə göstərir.
DOSTLARINLA PAYLAŞ: