Ağsu rayonuna 2 milyon manat ayırılıb
01 Noyabr 2011 Çərşənbə Axşamı 20:22
Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Ağsu rayonuna 2 milyon manat ayırılıb.
Azərbaycan prezidenti İlham Əliyev Ağsu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Ağsu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Ağsu rayon İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
DOSTLARINLA PAYLAŞ: