Ağsaqqal kişi 2 ildə Quranı başdan axıra əzbərlədi
13 İyul 2011 Çərşənbə 06:04
Yeni başladığı vaxt çətinlik çəkdiyini deyən kişi Quranı oxuduqca zehninin açıldığını bildirib.
Türkiyədə 60 yaşlı pensiyaçı İslam dininin müqəddəs kitabı Qurani Kərimi başdan axıra əzbərləyərək “Hafiz” titulunu qazandı. Qəhrəmanmaraş vilayəti Elbistan rayonu sakini olan Zişan Kurt bu işə pensiyaya çıxdıqdan sonra başladığını və 2 ildə başa vurduğunu deyib. Yeni başladığı vaxt çətinlik çəkdiyini deyən Kurt Quranı oxuduqca zehninin açıldığını bildirib. Hafiz olmaq üçün yaş həddi olmadığını, bunun üçün sadəcə səy göstərmək lazım olduğunu bildirən Zişan Kurt verdiyi qərarda daha əvvəl hafiz olmuş oğlunun da təsiri olduğunu deyib. Vilayət müftisi isə 6 övlad 9 nəvə sahibi ağsaqqal hafizi bu uğurlu addımına görə təbrik edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: