Ağdam rayonunda döyüş başladı
06 Avqust 2014 Çərşənbə 01:24
Ağdam rayonu Çıraqlı kəndi hazırda intensiv atəşə tutulur. Atışma zamanı iriçaplı silahlardan istifadə olunduğu bildirilir.
Bu saatlarda Ermənistan silahlı qüvvələri yenidən cəbhədə fəallaşıblar.

ANS PRESS-in bölgə müxbirinn verdiyi məlumata görə, ermənilər Ağdamın işğal altında olan Bayramlar kəndindəki mövqelərindən Azərbaycanın üzbəüz mövqelərini şiddətli atəşə tutublar.

Ağdamın Çıraqlı kəndi hazırda intensiv atəşə tutulur. Atışma zamanı iriçaplı silahlardan istifadə olunduğu bildirilir.

Ağır artilleriyadan atəş açılmayıb. Cəbhə xəttində zenit-raket qurğularından istifadə faktı qeydə alınmayıb.

İndiyə olan məlumata görə, atışma nəticəsində xəsarət alan yoxdur.

Bu dəqiqələrdə tərəflər arasında şiddətli atışma gedir. Düşmən cavab atəşi ilə susdurulur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar