Ağdam işğaldan azad edildi?
05 Avqust 2014 Çərşənbə Axşamı 17:15
Ağdam işğaldan azad edildi? Ordunun işğal altındakı torpaqları azad etməsi barədə informasiya yayılıb.
Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən əraziləri azad etməsi barədə məlumatlar yayılıb.
ANS PRESS-in məlumatına görə, yayılan məlumatlarda bildirilir ki, Milli Ordumuzun bölmələri Ağdamın Bayramlar kəndini, eləcə də Füzuli rayonunun bir hissəsində nəzarəti bərpa ediblər.
Məsələ ilə əlaqədar Müdafiə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, cəbhədə baş verən hadisələrlə əlaqədar bütün məlumatlar Müdafiə Nazirliyinin rəsmi saytında qeyd olunur.
“Rəsmi saytımızdan kənar, digər kütləvi informasiya vasitələrində yayılan qeyri-rəsmi xəbərlərə şərh verilmir”, - deyə mətbuat xidmətindən bildirilir.
DOSTLARINLA PAYLAŞ: