Ağ Ev Barak Obamanın Ramil Səfərovun əfv edilməsindən narahat olduğunu bəyan edib
01 Sentyabr 2012 Şənbə 15:18
ABŞ prezidenti Barak Obama Ramil Səfərovun Azərbaycana qayıtdıqdan sonra əfv edilməsindən dərin narahatlıq hissi keçirir.
APA-nın məlumatına görə, bu barədə Ağ Evin saytında yerləşdirilmiş bəyanatda bildirilir.
Bəyanatda deyilir ki, bu addım regionda gərginliyin azaldılmasına və sülh naminə əməkdaşlığa yönəlmiş səylərə ziddir.
Həmçinin qeyd olunur ki, ABŞ R. Səfərovun əfv edilməsi barədə qərardan məyus olduğunu Azərbaycan tərəfində çatdırıb. Macarıstan tərəfindən də Ramil Səfərovun Azərbaycana qaytarılması ilə əlaqədar izahat istənilib.
Qeyd edək ki, Macarıstanda ömürlük azadlıqdan məhrum edilmiş R. Səfərov avqustun 31-də Azərbaycana qaytarılıb, prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
DOSTLARINLA PAYLAŞ: