Adam Sterlinq: "Rəsmi Vaşinqton seçki prosesini böyük maraqla izləyir"
07 Noyabr 2010 Bazar 13:15
ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili 22 saylı Nəsimi ikinci seçki dairəsinin 3 saylı seçki məntəqəsində olub.
Parlament seçkisinin gedişini izləyən ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Adam Sterlinq 22 saylı Nəsimi ikinci seçki dairəsinin 3 saylı seçki məntəqəsində olub. Səsvermə prosesini müşahidə edəndən sonra Sterlinq bildirib ki, rəsmi Vaşinqton seçki prosesini böyük maraqla izləyir.

"Rəsmi Vaşinqton seçki prosesini böyük maraqla izləyir. ABŞ dövlət katibi Hillari Klinton Bakıya səfəri zamanı qeyd edib ki, ABŞ demokratik ölkələrlə ən güclü tərəfdaşlığa malikdir. ABŞ hökuməti inanır ki, Azərbaycanın uzunmüddətli sabitliyi və inkişafı iki ölkə arasında əlaqələrin dərinləşməsinə, demokratik və iqtisadi islahatlar aparılmasına ən yaxşı zəmanət verəcək".

Qeyd edək ki, bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin 31 əməkdaşı Bakıda və respublikanın bölgələrində seçki prosesini müşahidə edir. Daha 45 amerikalı isə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları üzrə bürosunun müşahidə missiyasının tərkibində müşahidələr aparır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar