Ac toyuğun yuxusu və ya ermənilərin xəyalı
25 İyul 2011 Bazar Ertəsi 04:40
Ermənistan müdafiə rəsmisi Bakı paradında nümayiş olunan hərbi texnikaya sahib olduqlarını iddia edib.
“Ermənistanın keçirəcəyi hərbi parad Azərbaycandan heç də geri qalmayacaq”. Bunu Ermənistan müdafiə nazirinin müavini David Tonoyan “Baze” düşərgəsində ölkə gəncləri ilə görüşündə deyib. Düşərgə iştirakçılarından birinin “Azərbaycanda keçirilən parad deyil, nümayişdir” sözünə Tonoyan, “Bütün hərbi paradlar güc və imkanların nümayişidir” – deyib: “Azərbaycanın hərbi paradına baxanda mütəxəssis kimi çox maraqlı görünür. Nümayiş olunan imkanlar isə məlum şeylərdir. Orda nümayiş olunan hər şeyə biz də sahibik”.

Tonoyan düşərgə iştirakçılarına silahlı qüvvtələrdə aparılan fəaliyyət və müdafiə strategiyasına baxış barədə məlumat verdi. Nazirlik rəsmisi bu mərhələdə Ermənistanın Kosovo və Əfqanıstan kimi 2 beynəlxalq missiyada iştirak etdiyini deyib: “Bir müddət əvvəl Əfqanıstanda olan kontinqentimizin tərkibi 3 qatına çıxarılıb. Həm kəmiyyət, həm də fəaliyyət baxımından. Rusiya kimi NATO-ya üzv ölkələr və postsovet respublikaları ilə təcrübə mübadiləmiz davam edir”.

Qeyd edək ki, “Baze” düşərgəsi Ermənistan gənclik fondunun dəstəyi ilə keçirilir. Ermənistan Müdafiə nazirliyi isə düşərgə təşkilatçılarına dəstək verir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar