Abşeron çimərliklərinin təmizlənməsinə kubalı mütəxəssislər cəlb edilə bilər
13 May 2011 Cümə 12:47
Bu barədə Kubanın Azərbaycandakı səfiri Marselo Kabalero Torres məlumat verib.
Abşeron yarımadasının çimərliklərinin təmizlənməsi layihəsində kubalı mütəxəssislər də iştirak edə bilər. ANS PRESS-in "1news.az" saytına istinadən verdiyi məlumata görə, bunu Kubanın Azərbaycandakı səfiri Marselo Kabalero Torres deyib.
"Bu layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib. Cavab alınan kimi kubalı mütəxəssislər işə başlayacaqlar", deyə o qeyd edib.
Səfir həmçinin Kubanın Azərbaycanla turizm sahəsindəki təcrübəsi ilə bölüşməyə hazır olduğunu da bildirib. Onun sözlərinə görə, ölkəsi il ərzində 2 milyona yaxın turist qəbul edir. "Bizim bu sahədə böyük potensialımız var və biz Azərbaycanla bölüşə bilərik. Yaxın vaxtlarda Bakıya Mədəniyyət və Turizm Nazirliyində, Turizm İnstitutunda və bu sektor ilə bağlı digər sturukturlarda görüşlər keçirmək üçün turizm üzrə mütəxəssislər gələcəklər". ANSPRESS
DOSTLARINLA PAYLAŞ: