ABŞ və Britaniya Liviyaya hərbi müdaxiləyə hazırlaşır?
01 Mart 2011 Çərşənbə Axşamı 11:51
Birləşmiş Ştatlar NATO ilə bu məsələni müzakirə edib
Birləşmiş Ştatlar NATO ilə Liviyaya hərbi müdaxilə edilməsi variantını müzakirə edib. ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı səfiri Syuzan Rayts məlumat verib.
O, bu məsələnin BMT baş katibi Pan Gi Mun və ABŞ prezidenti Barak Obama arasında baş tutan görüşdə də müzakirə olunduğunu deyib.

Bir qədər əvvəl isə Böyük Britaniyanın baş naziri Devid Kameron da Liviyaya qarşı hərbi müdaxilənin mümkünlüyü barədə danışıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar