ABŞ Türkiyə-İsrail görüşünü nə dedi?
02 İyul 2010 Cümə 10:10
Dövlət Departamentinin sözçüsü iki ölkə arasında keçirilən gizli görüşü şərh edib.
ABŞ Dövlət Departamentinin sözçüsü Filip Krovley Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə İsrailin sənaye və ticarət naziri Binyamin Ben Eliezer arasında Brüsseldə baş tutan gizli görüşü şərh edib.
F.Krovley deyib ki, “son həftələrdə və aylarda iki ölkə arasında mövcud olan problemlərin yoluna qoyulmasına kömək edə biləcək bu cür görüşləri və dialoqları dəstəkləyirik”.

ABŞ diplomatı mətbuat işçilərinin bu görüşə onun ölkəsinin hər hansı bir dəstəyinin olub-olmadığı barədə suala “iki ölkə nümayəndələri ilə ayrı-ayrı görüşlərimiz oldu” deyə cavab verib. O qeyd edib ki, bu görüşlərdə əsasən İsrail və Türkiyə münasibətləri müzakirə olunub. F. Krovley onu da əlavə edib ki, bu iki ölkə arasındakı münasibətlərin normal olması təkcə onların deyil, həm də ABŞ-ın maraqlarına uyğundur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar