ABŞ separatçı Qarabağ rejiminə yardımla bağlı məsələyə aydınlıq gətirib
02 Avqust 2010 Bazar Ertəsi 15:45
Kis Binn: “Bu yardım münaqişədən zərər çəkmiş insanlar üçün nəzərdə tutulub”.
Ermənistan kütləvi informasiya vasitələri Amerika Konqresinin separatçı Dağlıq Qarabağ rejiminə 2011-ci il üçün 10 milyon dollar maliyyə yardımı ayırması barədə məlumat yayıb. Məsələyə ABŞ-ın Azərbaycandakı səfirliyi münasibət bildirib. Səfirliyin mətbuat ateşesi Kis Binn ANS-ə açıqlamasında deyib ki, bu qərar hələ qüvvəyə minməyib və müzakirə mərhələsindədir.

“Prezident Barak Obama bu büdcə ilə bağlı öz təklifini verir. Lakin bu xərcin hara getməsi və hansı sahələrə xərclənməsi ilə bağlı səlahiyyət konqresə məxsusdur. Demək olar ki, bu qərarı məhz konqres verir. Prosedur baxımından isə prezident özü bunu təsdiqləməlidir. Deyə bilmərəm bu imzalanma nə vaxt baş verəcək. Mən bu barədə spekulyasiyaya varmaq istəmirəm. Ancaq bir məqamı xüsusilə qeyd etmək istəyirəm ki, bu tanınmamış hər hansı bir ərazi üçün nəzərdə tutulmuş məbləğ deyil siz qeyd etdiyiniz kimi. Bu münaqişə nəticəsində zərər çəkmiş bir sıra hümanitar layihələrdə həmin insanlar üçün ayrılmış, xüsusilə də minalardan təmizlənmə, su və digər layihələr üçün nəzərdə tutulub. Həmin növ yardımı biz Azərbaycanda da, oxşar şəkildə həyata keçiririk. Xüsusi layihələr var ki bu da humanitar məqsəd daşıyır”, - deyə Kis Binn bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar