ABŞ rəsmisi Qarabağla Krımın fərqini açıqladı
29 İyun 2014 Bazar 17:51
Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar davam etdirilməlidir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Vaşınqtonda bir çox siyasətçilərin, o cümlədən mənim dərin narahatlığıma səbəb olan bir məsələdir.

Bu barədə ABŞ Konqresinin Afrika, qlobal səhiyyə, qlobal insan haqları və beynəlxalq təşkilatlar komitəsinin sədri Kristofer Smit jurnalistlərə açıqlamasında deyib.

K.Smit hesab edir ki, baxmayaraq ki, ATƏT Minsk qrupunun fəaliyyəti nəticəsində müsbət irəliləyiş əldə olunmayıb, münaqişə tərəfləri bir araya gələrək müzakirələri davam etdirməlidir.

ABŞ-ın Ukrayna məsələsinə daha çevik reaksiya verməsi, lakin Dağlıq Qarabağla bağlı bu fəallığın müşahidə olunmaması ilə bağlı sualı cavablandırarkən, K.Smit bildirib ki, Ukrayna məsələsi daha gözə görünən olmuşdu, CNN hər gün bütöv bir regionun, yəni Krım regionun işğal edilməsi barədə məlumat yayırdı.

K.Smit deyib ki, onu da qeyd etmək lazımdır ki, ABŞ hökuməti Minsk qrupunun da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyətini fəal şəkildə dəstəkləyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar