ABŞ rəsmisi Qarabağ münaqişəsindən danışıb
29 Yanvar 2010 Cümə 22:55
Riçard Morninqstar: "Ermənistan və Dağlıq Qarabağla bağlı proseslər Türkiyə-Azərbaycan münasibətlərinin bir parçasıdır"
ABŞ prezidentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar Qarabağ münaqişəsindən danışıb. Jurnalistin “Birləşmiş Ştatlar Türkiyə-Ermənistan münasibətlərinin normallaşması naminə “Cənub dəhlizi”ndən vaz keçə bilərmi” sualına cavabında o, bunları deyib: “Biz sadəlövh deyilik və anlayırıq ki, bu gün Ermənistan və Dağlıq Qarabağla bağlı proseslər Türkiyə-Azərbaycan münasibətlərinin bir parçasıdır. ABŞ Ankaranın Yerevanla münasibətlərinə görə enerji dəhlizindən vaz keçməz”.

Riçard Morninqstarın sözlərinə görə, Vaşinqton Xəzər dənizinin təbii qaz ehtiyatlarının Avropaya nəqli üçün yeni bir dəhlizin açılmasını dəstəkləyir. Bu dəhliz "Nabukko" və Türkiyə-Yunanıstan-İtaliya boru kəmərlərindən ibarət olacaq. Hər iki layihənin Cənubi Qafqaz və Orta Asiyadakı tədarükçü ölkələrə maliyyə gəliri və Avropa ilə qarşılıqlı maraqlar çərçivəsində tərəfdaşlıq gətirəcəyini qeyd edən Vaşinqton rəsmisi vurğulayıb ki, qarşıda duran əsas məqsəd Türkiyə ilə Azərbaycan arasında tranzit şərtlərində razılıq əldə olunması və Orta Asiya ölkələrinin bu dəhlizə qaz verməsidir.

"Bu məqsədlərə nail olunmazsa, o zaman şirkətlər kontraktlarını ləğv edəcək və “Cənub dəhlizi” həyata keçirilməyəcək", - deyə Morninqstar bildirib.

Riçard Morninqstar İran qazının “Cənub dəhlizi” ilə nəqlindən məmnun olmayacaqlarını, yaxın zamanda ABŞ-ın bu siyasətində dəyişiklik gözlənilmədiyini də əlavə edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar