ABŞ Qəddafi rejiminin 34 milyard dollarını dondurub
08 Aprel 2011 Cümə 01:45
Avropa Birliyi də Müəmmar Qəddafinin əmlak və əmanətlərinə həbs qoyub
ABŞ hakimiyyəti Liviyaya qarşı sansiyalaro çərçivəsində ölkə lideri Müəmmar Qəddafi və yaxınlarının 34 milyard dollardan artıq əmlak və əmanətini dondurub. Məlumatı “Reuters” agentliyi Birləşmiş Ştatların maliyyə nazirinin maliyyə kəşfiyyatı məsələləri üzrə müavini Devid Koenə istinadən yayıb. O bildirib ki, Qəddafinin “əhəmiyyətli miqdarda” əmlak və əmanətinə Avropa Birliyi rəşbərliyi tərəfindən də həbs qoyulub.
Xatırladaq ki, fevralın sonlarında ABŞ Müəmmar Qəddafi, ailə və hökumət üzvlərinə qarşı birtərəfli qaydada maliyyə sanksiyaları tətbiq edib. Martın 17-də isə BMT Təhlükəsizlik Şurası Liviya ilə bağlı sanksiyaları nəzərdə tutan qətnaməni bəyənib.
DOSTLARINLA PAYLAŞ: