ABŞ Qəbələ RLS-lə bağlı danışıqlara qayıtmağı düşünür
24 İyun 2011 Cümə 23:06
Bakıda Azərbaycan və ABŞ rəsmiləri raket hücumundan müdafiə məsələlərini müzakirə edib.
ABŞ Qəbələ RLS-lə bağlı danışıqlara yenidən qayıda bilər. ABŞ dövlət katibi Hillari Klintonun müavini Endrü Şapiro bildirib ki, Bakıda raket hücumundan müdafiə məsələlərinin də müzakirə olunduğunu deyərək, ölkəsinin analoji mövzuda Rusiya ilə danışıqlar apardığını bildirib.
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov da Qəbələ RLS ilə bağlı danışıqların davam etdiriləcəyini qeyd edib.
Xatırladaq ki, Qəbələ RLS-in icarəsinə dair Azərbaycanla Rusiya arasında imzalanmış müqavilənin müddəti gələn il başa çatır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: