ABŞ Qarabağ problemində müsbət nəticəyə ümid edir
13 Sentyabr 2010 Bazar Ertəsi 16:30
Bu barədə Tina Kaydenau və Serj Sarkisyan görüşündə bildirilib.
Ermənistan və Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupu formatında Dağlıq Qarabağ probleminin nizamlanması prosesində müsbət nəticənin əldə olunacağına ümid edir. Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatına görə, bu barədə ölkə prezidenti Serj Sarkisyan ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Tina Kaydenau arasında baş tutan görüşdə qeyd olunub.
“Prezident Sarkisyan və ABŞ-ın yüksək vəzifəli rəsmisi ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinin davam etdirilməsi mühümlüyünü vurğulayıb və bu format çərçivəsində aparılan danışıqların lazımi nəticə verəcəyinə ümid edildiyi qeyd olunub”, - deyə prezidentin mətbuat xidmətinin məlumatında bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: