ABŞ Qafqaz ölkələrinə maliyyə yardımını azaldır
18 Fevral 2011 Cümə 22:33
ABŞ Qafqaz ölkələrinə maliyyə yardımını azaldır. Siyahıda Azərbaycanla Gürcüstan var.
ABŞ Qafqaz və Orta Asiya ölkələrinə ayırdığı maliyyə yardımını ixtisar etməyi planlaşdırır. Prezident Barak Obamanın maliyyə yardımının azaldılması ilə bağlı Konqresə təqdim etdiyi təklifdə elə də böyük azalmalar nəzərdə tutulmasa da, müşahidəçilər hesab edir ki, büdcənin bu layihəsi Ağ evin strateji prioritetlərini anlamağa imkan verir. Yəni Vaşinqton bir ölkəyə etdiyi yardımı azaltmaqla digərinə artıracaq. Söhbət əsasən hərbi büdcədən gedir.
Əhəmiyyətli ixtisarlar Azərbaycan və müəyyən qismdə Gürcüstan, Tacikistan, Türkmənistan və Özbəkistana şamil ediləcək. Ümumilikdə isə maliyyə yardımı 4%, yəni 241 milyon dollardan 232 milyon dollara kimi azalacaq, bununla da ABŞ-ın büdcəsi 1% artmış olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: