ABŞ prezidenti “erməni soyqırımı” haqqında qərar layihəsinin əleyhinə çıxıb
04 Mart 2010 Cümə Axşamı 19:11
Barak Obama administrasiyası Konqresə “erməni soyqırımı” haqqında qərar layihəsinin qəbul olunmamasını tövsiyə edib.
APA-nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, dövlət katibi Hullari Klinton məsələ ilə əlaqədar Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Hovard Bermana telefon edib. H. Klinton layihənin qəbul ediləcəyi təqdirdə Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların risk altında qalacağını bildirib.

Qeyd edək ki, bu dəqiqələrdə Vaşinqtonda Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin iclası başlayıb. İclasda türkiyəli millət vəkilləri də iştirak edir. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar