ABŞ Konqresində qondarma erməni soyqırımına aid film göstərilib
22 İyul 2010 Cümə Axşamı 14:40
Sənədli film alman rejissoru tərəfindən çəkilib.
ABŞ Konqresində qondar soyqırım iddiaları ilə bağlı “Aghet-Bir Soyqırım” adlı sənədli film nümayiş edilib. Nümayəndələr Palatasının binalarından olan Rayburnda təşkil edilən nümayişə Konqresdəki erməni lobbisinin əsas fiqurlarından sayılan, Demokrat Partiyasının Kaliforniyadan olan millət vəkili Adam Şiff ev sahibliyi edib. Həmçinin onun partiyadaşları, Kaliforniyadan olan millət vəkili Brad Şerman, Nyu-Cersidən olan millət vəkili Frank Pallone də filmi seyr edənlər arasında olub.
İngilis dilinə dublyaj olunan film 90 dəqiqə davam edib. Filmin rejissoru alman Erik Fridlerdir.
Filmdən sonra millət vəkilləri Şiff, Şerman və Pallone 1915-ci il hadisələri ilə əlaqədar ermənilərin iddialarını müdafiə, Türkiyəni isə tənqid edən çıxışlar ediblər. Həmçinin filmin nümayişində erməni əsilli rejissor Karla Qarapedian və Erməniləri Anma Mərkəzi adlı təşkilatın rəhbəri Vartkes Yeqhiayan da iştirak ediblər. Onlar iştirakçıların suallarını cavablandırıblar.
Film bu ilin aprel ayında bəzi Almaniya telekanallarında da nümayiş edilib və reaksiyalara səbəb olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: