ABŞ Konqresində Azərbaycana dair brifinq keçirilib
22 İyun 2011 Çərşənbə 14:03
Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun indiki mərhələsinə toxunulub.
ABŞ Konqresində Ceymstaun Fondunun və “Eurasia Daily Monitor” nəşrinin aparıcı tədqiqatçısı Vladimir Sokorun iştirakı ilə konqresmenlərin aparat rəhbərləri və hüquq məsləhətçiləri üçün brifinq keçirilib. Azərbaycanın Vaşinqtondakı səfirliyinin mətbuat xidmətindən bildiriblər ki, V.Sokor Azərbaycanda həyata keçirilən iqtisadi və sosial islahatlardan, iri regional enerji və nəqliyyat layihələrindən, Avropanın və ABŞ-ın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolundan, habelə beynəlxalq sülhməramlı əməliyyatlara töhfəsindən ətraflı söz açıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun indiki mərhələsinə toxunub.
Təqdim olunmuş informasiya brifinq iştirakçılarında böyük maraq doğurub. Sonda V.Sokor suallara cavab verib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: