ABŞ-ın Tennessi ştatı da Xocalı soyqırımını tanıdı
19 Mart 2013 Çərşənbə Axşamı 07:22
Ştatın Nümayəndələr Palatası Xocalı faciəsinin 21-ci ildönümü münasibətilə qətnamə qəbul edib.
Martın 18-də ABŞ-ın Tennessi ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsinin 21-ci ildönümü münasibətilə qətnamə qəbul edilib. Bu barədə APA Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən məlumat verir.
Qətnamədə erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş cinayətin qurbanları anılır və Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsi faktının beynəlxalq təşkilatların sənədlərində əks olunduğu qeyd edilir.
Qeyd edək ki, Tennessi ştatı ilə yanaşı, ABŞ-ın digər ştatları, o cümlədən Missisipi, Men, Texas, Arkanzas, Oklahoma, Nyu-Meksiko ştatlarının qanunverici orqanlarında da Xocalı faciəsi ilə əlaqədar müvafiq qətnamələr qəbul edilib.
DOSTLARINLA PAYLAŞ: