ABŞ-ın ölkəmizdəki səfirliyində həyəcan yaşandı
05 Dekabr 2009 Şənbə 12:05
ABŞ-ın ölkəmizdəki səfirliyində həyəcan yaşandı. Diplomatik korpus DİN, Daxili Qoşunların əsgərləri və polis əməkdaşları tərəfindən mühasirəyə alınıb.
Bu gün səhər saat 9-dan 10.30-dək Amerikanın ölkəmizdəki səfirliyində həyəcan yaşanıb. Səfirliyə gedən bütün yollar bağlanıb, diplomatik korpus Daxili İşlər Nazirliyi, Daxili Qoşunların əsgərləri və Nəsimi Rayon Polis İdarəsinin polis əməkdaşları tərəfindən mühasirəyə alınıb. Səfirliyin binası qarşısında təcili tibbi yardım maşını, zirehli texnika dayanıb. Əvvəlcə səfirliyə partayıcının qoyulması ilə bağlı xəbər alsaq da, sonradan məlum olub ki, diplomatik korpusda təlimlər həyata keçirilir.
Amerika Səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson ANS-ə bildirib ki, bu əvvəlcədən planlaşdırılmış təlimdir və Daxili İşlər Nazirliyinin ictimai təhlükəsizlik idarəsinə edilən müraciət əsasında həyata keçrilir. Təlimdə Daxili İşlər Nazirliyi, Nəsimi Rayon Polis İdarəsi, Nəsimi Yol Polisi və diplomatik missiyaların xidməti polis batalyonu iştirak edib. Təlim vaxtı təhlükəsizlik xidməti əməkdaşlarının səfirlik ərazisinə gizli yolla və hasardan aşaraq daxil olma əməliyyatı həyata keçirilib. Terri Devidson bildirib ki, zirehli texnika və xüsusi təlim görmüş itlər də bu səbbədən səfirliyin ərazisinə daxil olub. Təlimlərin hər hansı bir hadisə ilə bağlı olmadığını deyən Terri Devidson deyib ki, bu cür təlimlər diplomatik korpusda mütəmadi olaraq həyata keçrilir. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar