ABŞ-ın Oklohoma ştatının Milli Qvardiyasının komandanı Azərbaycana gələcək
02 Avqust 2010 Bazar Ertəsi 10:45
ABŞ-ın Oklohoma ştatının Milli Qvardiyasının komandanı, general-mayor Myles Deerinq Azərbaycana gələcək.
Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan-ABŞ ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, təşkil olunmuş səfər avqustun 10-dan 16-dək davam edəcək. Səfərdə hansı məsələlərin müzakirə olunacağı açıqlanmayıb.
Nazirlikdən o da bildirilib ki, Azərbaycan-ABŞ İş Planına əsasən, avqustun 9-dan 13-dək Bakıda amerikalı hərbçilərin iştirakı ilə desant əməliyyatları mövzusunda seminarın keçirilməsi də planlaşdırılır. APA
DOSTLARINLA PAYLAŞ: