ABŞ dövlət katibinin müavininin regiona səfəri başlayıb
24 Fevral 2011 Cümə Axşamı 11:11
Ceyms Steynberq Serj Sarkisyanla Qarabağ münaqişəsini müzakirə edib
ABŞ-ın dövlət katibinin müavini Ceyms Steynberq və onun başçılıq etdiyi nümayəndə heyəti İrəvanda Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb. Görüşdə regional təhlükəsizlik məsələləri və Dağlıq Qarabağ probleminin nizamlanması prosesi müzakirə olunub. Ermənistanda apardığı görüşlərdən sonra Steynberq Gürcüstana yola düşüb.
Qeyd edək ki, dövlət katibinin birinci müavini Ceyms Steynberq Tiflis görüşlərindən sonra bu axşam Azərbaycana gələcək. Onun azərbaycanlı rəsmilərlə görüşü nəzərdə tutulub.
Səfərdə Steynberqi dövlət katibinin Avrasiya məsələləri üzrə müavini Filip Qordon müşayiət edir. Steynberqin görüşlərində ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunacaq.
DOSTLARINLA PAYLAŞ: