ABŞ Dövlət katibinin I müavini İrəvanda Qarabağ münaqişəsini müzakirə edəcək
19 Fevral 2011 Şənbə 17:54
Səfərin məqsədi prezidentlərin üçtərəfli görüşü ilə bağlıdır.
ABŞ Dövlət katibinin birinci müavini Ceyms Staynberq fevralın 24-25-də İrəvana səfər edəcək. ANS PRESS-in Ermənistan kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, səfər zamanı regional problemlər, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə ediləcək.

Qeyd edək ki, ABŞ dövlət katibinin birinci müavini Ceyms Staynberqin səfərinin məqsədi martın 5-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü ilə bağlıdır. ANSPRESS





DOSTLARINLA PAYLAŞ:

oyunlar