ABŞ Dövlət Departamentinin nümayəndəndəsi cəbhə bölgəsindədir
    22 İyun 2011 Çərşənbə 13:55
    Karina Boynton minadan zərərçəkənlər üçün peşə təlimi mərkəzində olub.
    
                	 
    
         ABŞ Dövlət Departamentinin nümayəndəsi Katrina Boynton Azərbaycanın Tərtər rayonuna səfər edib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Karina Boyntonu ABŞ-ın Azərbayacandakı səfirliyinin nümayəndəsi müşayiət edib. 
Dövlət Departamentinin nümayəndəsi ABŞ-ın maliyyə vəsaiti hesabına həyata keçirilən layihə çərçivəsində qurulan peşə təlimi mərkəzində olub. Minadan zərərçəkənləri əhatə edən mərkəz ötən il açılıb. Burada 4 ixtisas üzrə 64 nəfərə kurslar keçirilir ki, onların 80 faizi minadan zərərçəkənlərdir. 
Amerikalı qonaq mərkəzdə təhsil alanların bir qisminə sertifikat verib. Onların saldığı ting sahələrinə baxıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: