ABŞ Dövlət Departamentinin Azərbaycan üzrə hesabatı açıqlanıb
02 İyun 2012 Şənbə 12:41
Hesabatda Azərbaycanın Ekspertlər Komitəsi qarşısında götürdüyü öhdəlikləri yerinə yetirdiyi bildirilir.
ABŞ Dövlət Departamenti narkotiklərin yayılmasına və çirkli pulların yuyulmasına qarşı mübarizəyə dair növbəti illik hesabatını açıqlanıb. Hesabatın Azərbaycan üzrə bölməsində vurğulanır ki, son on ildə ölkədə sürətli iqtisadi inkişaf gedir və lazımı iqtisadi islahatlar həyata keçirilib. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə xüsusi önəm verilir. Bu istiqamətdə enerji sektorunda mühüm işlər görülür.

Bundan əlavə, hesabatda qeyd olunur ki, Azərbaycan hökuməti narkotiklərin qanunsuz dövriyyəsi nəticəsində maliyyə sektorundakı cinayətlərə qarşı fasiləsiz tədbirlər görür. Həmçinin Azərbaycan hökuməti çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir.

Ötən il Azərbaycan maliyyə monitorinq xidmətini möhkəmləndirməklə bu istiqamətdə beynəlxalq standartlara uyğun yeni qanunvericilik həyata keçirir. Azərbaycan çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) və əlaqədar regional qurumun üzvüdür.


DOSTLARINLA PAYLAŞ:

oyunlar